ABŞ Qırmızı dənizdəki hərbi mövcudluğunu genişləndirəcək

DÜNYA
14:06 / 11.12.2023
308

Birləşmiş Ştatlar Yəmən husilərinin ticarət gəmiçiliyinə hücumlarına cavab olaraq Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət göstərən işçi qrupunu genişləndirməyə hazırlaşır. 

HİTə.az xəbər verir ki, bu barədə "Washington Post" yazır.

Birləşmiş Ştatlar CTF-153 Birgə İşçi Qrupunu genişləndirməyi planlaşdırır. Qərargahı Bəhreyndə yerləşən koalisiyanın özünə 39 ölkə daxildir.
ABŞ qeyd edir ki, bir çox ölkə regionda fasiləsiz ticarət daşımalarında maraqlıdır və bu səbəbdən husilərlə dənizdə mübarizə aparmalıdır.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Birləşmiş Ştatlar öz gəmilərini və şəxsi heyətini husi üsyançılarının hücumlarından qorumaq üçün bütün lazımi tədbirləri görməyə hazırdır. Onun sözlərinə görə, qrup yığılıb və onlar gəmiçiliyin qorunmasına kömək etmək üçün onu gücləndirməyə çalışırlar. Amerika tərəfi husiləri və onların hərəkətlərini maliyyələşdirməyə çalışanlara qarşı da sanksiya tədbirləri görüb.

Dekabrın 10-da məlum olub ki, Fransaya məxsus çoxməqsədli gəmi Yəməndən Qırmızı dəniz üzərində səmada iki pilotsuz uçan aparatı vurub.

Samir

0