Macarıstanın baş naziri Viktor Orban dekabrın 14-15-də Brüsseldə keçiriləcək sammitdə buna razılıq verməsə, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar mart ayına təxirə salına bilər.
HİT.az xəbər verir ki, bu barədə "Euractiv" portalı diplomatik mənbələrə istinadən yazıb.
Danışıqların təxirə salınması qərarının Aİ üçün kompromis variantına çevrilə biləcəyi qeyd edilib.
"Orbanın yerindən tərpənəcəyini (razılığını verəcəyini-red.) gözləyənlər (diplomatlar-red.) Ukrayna ilə danışıqların başlanmasını mart ayına təxirə salaraq, mümkün kompromisdən danışdılar. Digərləri isə qorxurlar ki, bu dəfə də Macarıstanın lideri inandırmaya bilərlər", deyə nəşr yazır.
Qeyd olunur ki, Avropa İttifaqı ölkələrinin liderləri dekabrın 14-15-də Brüsseldə keçiriləcək sammitdə Kiyevə 50 milyard avro məbləğində iqtisadi dəstək göstərmək, silahlı qüvvələr üçün əlavə 20 milyard avro ayırmaq təklifləri barədə qərar qəbul edəcəklər. Ukrayna qüvvələri və ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlayır.
Samir