Belçikanın xarici işlər naziri Aja Lyabib Ukraynada çətin vəziyyətin yarandığını bildirib, həmçinin brilyantlara qadağa da daxil olmaqla yeni anti-Rusiya sanksiyalar paketindən danışıb.
HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir. Aja Lyabib Brüsseldə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşləri başlamazdan əvvəl müvafiq bəyanatla çıxış edib.
Onun sözlərinə görə, Avropa İttifaqının dekabrın 14-15-də keçiriləcək iclasında Ukrayna üçün 50 milyard avroluq yenidənqurma paketi, eləcə də ölkəyə hərbi yardımla bağlı qərar qəbul ediləcək və Kiyevin Alyansa üzvlüyü ilə bağlı danışıqlara başlanacaq.
Nazir həmçinin bildirib ki, Aİ hazırda 12-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı qərar qəbul edərək, Rusiyanı zəiflətməyə çalışır.
Aja Lyabib Belçikanın Rusiyanın Avropa və G7 ölkələrindəki bazarlara kobud və cilalanmış brilyantların yayılmasının qarşısını almağa kömək edəcək izlənilmə məlumatlarını təmin etmək üçün işləməyi hədəfləyən fəaliyyət planını dəstəklədiyini vurğulayıb.
Samir