Berbok: "Bu, Ukraynanın suverenliyinin itirilməsinə gətirib çıxaracaq"

DÜNYA
17:33 / 11.12.2023
467

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib. 

HİT.az xəbər verir ki, o, bu barədə "Frankfurter Allgemeine Zeitung" üçün köşə yazısında yazıb.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, münaqişənin dondurulması gələcəkdə Ukraynanın suverenliyinin itirilməsinə gətirib çıxaracaq və Rusiyanın Avropanın təhlükəsizliyinə təhdidləri davam edəcək.

Berbok hesab edir ki, dondurulmuş münaqişə Moskvanı gücləndirəcək, həm də onun hərbi potensialını bərpa edəcək. Onun sözlərinə görə, Rusiya Federasiyası Qərblə qarşıdurmanı başqa ölkələrin ərazilərinə köçürə bilər.

Bundan əvvəl amerikalı politoloq və Çikaqo Universitetinin professoru Con Mearşeymer bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenskinin danışıqlar masası arxasına oturması üçün ABŞ müdaxiləni dayandırmalıdır. Siyasi şərhçi Cimmi Dore isə qeyd edib ki, Ukraynada münaqişəyə son qoymaq üçün sülh danışıqları Rusiya prezidenti Vladimir Putinin şərtləri əsasında aparılacaq.

Samir

0