Finlandiya parlamenti Aland adalarında Rusiya konsulluğunun bağlanması məsələsinə baxmaqdan imtina edib.
HİT.az xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" portalı məlumat yayıb.
“Parlamentin spikeri parlamentdən Rusiyanın Aland adalarında konsulluğunun ləğvi ilə bağlı qərar qəbul etməsi tələb olunduğu vətəndaş təşəbbüsünü dəstəkləməkdən imtina edib", deyə məqalədə qeyd edilir.
Söhbət sentyabrda deputatlar tərəfindən baxılması üçün tələb olunan 50 min səs toplayan müvafiq tələbi olan vətəndaş müraciətindən gedir. O, bunu rədd edib, çünki konsulluğun mövcudluğu beynəlxalq müqavilələrə əsaslanır və mülki təşəbbüslərə aid deyil.
Diplomatik ofis Aland adalarında 1940-cı ildən fəaliyyət göstərir. O, bu ərazinin demilitarizasiya statusu ilə bağlı sazişlərə əməl olunmasına nəzarət edir.
İyul ayında Finlandiya Sankt-Peterburqdakı Finlandiya diplomatik ofisinin bağlanmasına cavab olaraq Rusiyanın Turkudakı Baş Konsulluğunun işinə verdiyi razılığı geri götürmək qərarına gəlib. Hər iki şöbə 1 oktyabr 2023-cü ildə qapılarını bağlanıb.
Samir