İkili təyinatlı mallarla bağlı anti-Rusiya sanksiyaları de-fakto işləmir: Rusiya Federasiyası elektron komponentlərin idxalını 2022-ci il səviyyəsinə bərpa edib.
HİT.az xəbər verir ki, "Politico" qəzeti yazıb.
"Rusiyadan mikroelektronika, simsiz və peyk naviqasiya sistemləri və sanksiyalara məruz qalan digər mühüm komponentlərin idxalı bu ilin ilk doqquz ayında aylıq dövriyyəsi 900 milyon dollar olmaqla müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb", deyə nəşrin hesabatında deyilir.
"Politico" belə nəticəyə gəlir ki, Rusiya Çin, Honq-Konq, həmçinin Türkiyə və Qazaxıstanın köməyi ilə təchizat zəncirlərini uğurla dəyişib.
Rusiya bazarına mikroelektronikanın əsas tədarükçüləri arasında nəşr "Intel", "Huawei", "Analog Devices", AMD, "Texas Instruments" və IBM şirkətlərinin adını çəkir. Bu korporasiyalardan biri istisna olmaqla, hamısı Amerikalıdır. Amma onlar rəsmi olaraq çatdırılmaları rədd edirlər.
Samir