Polşanın Qanun və Ədalət Partiyasından (PiS) olan deputatı Marek Suski Donald Tuskun ölkənin baş naziri təyin edilməsini şərh edərkən "Hitlerin də demokratik seçkilər nəticəsində hakimiyyətə gəldiyini" deyib.
HİT.az bu barədə TVP portalına istinadən xəbər verir.
Jurnalistin “bu müqayisə çox güclü deyilmi” sualına deputat “çox da güclü deyil” cavabını verib.
"Çox güclü deyil, çünki hazırkı koalisiyanın həyata keçirdiyi siyasətdə görəcəyimiz kimi, deyə bilərik ki, bu, mədəniyyətimizi, təməllərimizi məhv etmək üçün mübarizədir", deyə Suski bildirib.
Onun fikrincə, hakim koalisiyanın konkretliyi yoxdur, amma Hüquq və Ədalət Partiyasına qarşı çoxlu riyakarlıq, demaqoqluq və hücumlar var.
Parlamentari vurğulayıb ki, Polşanı qarşıda xarici maraqlara xidmət dövrü gözləyir.
Bundan əvvəl Polşa Seymi baş nazir Mateuş Moravetskinin hökumətinə etimadsızlıq səsverməsi keçirib, bundan sonra Seym müxalifət koalisiyasından Donald Tuskun baş nazir postuna namizədliyinin irəli sürülməsinə səs verib. Tusk səsvermədə iştirak edən yeganə namizəd olub. Onun lehinə 248 deputat səs verib, 201 deputat buna qarşı çıxıb.
Samir