Danimarka “Şimal axını” ilə bağlı Rusiyaya hüquqi yardımdan imtina edib

DÜNYA
21:49 / 12.12.2023
359

Danimarka prokurorluğu “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribatın təhqiqatında Rusiyaya hüquqi yardım göstərməkdən imtina edib. 

HİT.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Biz dekabr ayında Danimarkadan bu ölkənin Baş Prokurorluğundan Rusiya Federasiyası Baş Prokurorluğunun “Şimal axını 1” və “Şimal axını 2" qaz kəmərlərində təxribatın araşdırılmasında hüquqi yardım göstərilməsi ilə bağlı müraciətinə rədd cavabı almışıq”, deyə Zaxarova bildirib.

26 sentyabr 2022-ci ildə “Şimal axını 1” və “Şimal axını 2”nin üç xəttində zədələnmə və qaz sızması qeydə alınıb. Seysmoloqlar qaz kəmərlərinin marşrutları boyunca iki partlayış qeydə alıblar. Rusiya FSB beynəlxalq terror aktı ilə bağlı iş açıb. İsveç Prokurorluğu baş verənlərlə bağlı araşdırmalara başlayıb.

Amerikalı jurnalist Seymur Herş sentyabrın 26-da günortadan sonra "Substack" platformasında yeni məqalə dərc edib. Müxbir bildirib ki, “Şimal axını” qaz kəmərlərinin partladılmasında iştirak edən ABŞ vətəndaşları əməliyyatla bağlı bütün sənədləri məhv ediblər. O, partlayışla bağlı bütün mühüm məlumatların kompüterlərə daxil edilmədiyini də açıqlayıb.

Herşin sözlərinə görə, qaz kəmərlərinin partladılmasına səbəb ABŞ prezidenti Co Bayden administrasiyasının Almaniya və digər Avropa ölkələri üzərində təsir imkanlarını itirmək qorxusu olub. Jurnalist aydınlaşdırıb ki, “Şimal axını”nın fəaliyyətinin saxlanılması Almaniyanı neft və digər təbii sərvətlərin münasib qiymətlərinə görə Rusiyanın təsiri altına sala bilər.

Samir

0