ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçıların əksəriyyəti prezident Co Baydenin impiçment araşdırması ilə bağlı səsverməni elan etməyə hazır olduqlarını bildiriblər.
HİT.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti yazır.
"Partiya liderləri əsas respublikaçıların tərəddüdlərini nəzərə alaraq, impiçment araşdırması ilə bağlı səsvermənin təyin edilməsini aylardır dayandırıblar. Lakin siyasi mənzərə əhəmiyyətli dərəcədə dəyişib və indi əksəriyyət buna hazırdır", deyə qəzet yazıb.
Eyni zamanda qəzet vurğulayır ki, respublikaçılar hələlik prezidentə qarşı ittiham irəli sürməyə hazır deyillər.
Qəzet qeyd edir ki, respublikaçılar çərşənbə günü axşam gözlənilən səsvermənin Ağ Evdən gözlənilən hüquqi çağırışlar fonunda impiçment araşdırması aparmağa "onlara tam səlahiyyət vermək" üçün zəruri olduğuna inanırlar.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Komitəsi ABŞ prezidenti Co Baydenin impiçment işi ilə bağlı əlavə təhqiqat aparılmasına göstəriş verən qətnaməni dəstəkləyib.
Samir