Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağa hazır deyil.
HİT.az xəbər verir ki, buna baxmayaraq, Slovakiya danışıqların başlamasına mane olmayacaq.
"Biz Avropa İttifaqının Ukrayna ilə danışıqlara başlamaq qərarına müdaxilə etməyəcəyik. Təbii ki, biz hər şeyi başa düşürük və bu barədə açıq danışırıq. Biz siyasi qərardan danışırıq, bunun reallıqla heç bir əlaqəsi yoxdur", deyə Fiko bildirib.
Slovakiyadan fərqli olaraq, Macarıstan fəqli fikirdədir. Rəsmi Budapeşt Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşıdır və danışıqlara mane olmaq niyyətindədir. Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanos Boka bildirib ki, Alyans ölkələrinin 1/3-i Ukraynanın üzvlüyünə şübhə edir.
Macarıstanın baş naziri Viktor Orban isə bəyan edib ki, o, Avropa İttifaqına üzv olan 27 ölkənin liderlərindən yeganə olaraq qalsa belə, Alyansın dəhşətli səhvə yol verməsinə və Ukraynanın birliyə qoşulması ilə bağlı danışıqlara başlamasına imkan verməyəcək. Macarıstan liderinin fikrincə, Ukrayna elə bir vəziyyətdədir ki, birliyə qoşulacağına ümid etmək mümkün deyil.
Samir