Cənubi Koreyanın müdafiə naziri Şin Von-şik Pxenyanın hücumu halında Şimali Koreya hakimiyyətini "cəhənnəm məhvi ilə" hədələyib.
HİT.az bu barədə "Reutres"ə istinadən xəbər verir.
Şimali Koreya liderlərinin Koreya yarımadasında gərginliyin azaldılmasına dair 2018-ci il sazişinə əməl etməkdən imtinasını şərh edən nazir bildirib ki, Pxenyanın ciddi şəkildə iki seçimi var - sülh və ya məhv olmaq.
"Şimali Koreya dünyaya zərər vuran ehtiyatsız hərəkətlər etsə, onu ancaq cəhənnəm məhvi gözləyir", deyə Şin Von-şik deyib.
Daha əvvəl məlumat verilmişdi ki, Şimali Koreya Cənubi Koreya ilə sərhəddə hərbisizləşdirilmiş zona yaxınlığında yerləşən silahlı qüvvələrini gücləndirməyi planlaşdırır, bu əraziyə əlavə qüvvələr və yeni silahlar yerləşdiriləcək.
Agentlik qeyd edir ki, bu qərara səbəb Seulun Şiamli Koreyanın peyk buraxılışına cavab olaraq 2018-ci il Koreyalararası hərbi sazişin bir hissəsini dayandırması olub.
Samir