Rumıniya Moldova və Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyəcək

DÜNYA
16:18 / 13.12.2023
298

Rumıniya Moldova və Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq qərarlarını dəstəkləyəcək. 

HİT.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rumıniya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dekabrın 13-15-də Brüsseldə keçiriləcək Aİ sammitində bu ölkələrin Alyansa daxil olması üçün danışıqlar prosesinin başlanması ilə bağlı rəsmi qərar üzv dövlətlərin və hökumətlərin başçıları tərəfindən nəzərdən keçiriləcək. Müvafiq qərar Avropa İttifaqına üzv olan bütün dövlətlər tərəfindən yekdilliklə qəbul edilməlidir.

Sammitdə Rumıniya prezidenti Klaus İohannis iştirak edəcək. Siyasətçi Moldova və Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyəcək. O, hesab edir ki, bu ölkələr islahatlar baxımından mühüm irəliləyiş əldə ediblər və bu, Avropa İttifaqında tanınmalıdır.

Rumıniya prezidenti həmçinin Gürcüstana namizəd statusunun verilməsini və Bosniya və Herseqovinanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyəcək.

Samir

0