Almaniya 2024-cü ildə Ukraynaya nə qədər pul xərcləyəcək?

DÜNYA
17:56 / 13.12.2023
657

Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniyanın dövlət büdcəsində Ukraynaya yardım üçün 8 milyard avro, Ukraynadan olan qaçqınlar üçün isə 6 milyard avro nəzərdə tutulub. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Biz planlaşdırdığımız kimi və hər şeydən əvvəl lazım olan müddətə adi büdcədən Ukraynaya dəstək verəcəyik. Buraya silah tədarükü üçün 8 milyard avro, Ukrayna büdcəsi üçün maliyyə yardımı və Almaniyadakı ukraynalı qaçqınlara dəstək üçün yəqin ki, 6 milyard avrodan çox vəsait daxildir", deyə Şolts bildirib.

Daha əvvəl bildirilib ki, dekabrın 14-15-də keçiriləcək Aİ sammitinin gündəliyinə Ukraynanın Avropa İttifaqına daxil olması və Kiyevə 2027-ci ilə qədər 50 milyard avro ayrılması ilə bağlı müzakirələr daxildir. 

Samir

0