Viktor Orban: "Özümüzlə zarafat etməyək, Ukrayna qalib gələ bilməyəcək"

DÜNYA
23:18 / 13.12.2023
384

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna hətta Qərb ölkələrinin köməyi ilə belə Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcək. 

HİT.az xəbər verir ki, o, bu barədə "Mandiner"ə müsahibəsində danışıb.

Müsahibədə Ukraynadakı hərbi əməliyyatlar mövzusuna toxunulub. Orbanın sözlərinə görə, Avropa İttifaqında getdikcə daha çox insan Kiyevin qalib gələ bilməyəcəyi fikrini ifadə edir. O, əvvəldən oxşar fikirdə olduğunu vurğulayıb.

"Gəlin ukraynalıların bizim dəstəyimizlə bu müharibədə qalib gələ biləcəyinə dair özümüzlə zarafat etməyək", deyə baş nazir bildirib.

Orban əlavə edib ki, Aİ ölkələri Ukraynaya hərbi dəstək verməkdə səhv ediblər və hələ də bunu etiraf etmək istəmirlər. Aİ dövlətləri Kiyevin qələbəsinə ümid edirdilər, lakin bu baş verməyib. Onların bu iş üçün ehtiyat planı yox idi, ona görə də əsas plana sadiq qalmağa davam edirlər.

Samir

0