Aİ Kiyevə 50 milyard avro ayırmağı nəzərdən keçirəcək

DÜNYA
17:24 / 13.12.2023
574

Dekabrın 14-15-də keçiriləcək Avropa İttifaqı sammitinin gündəliyinə Ukraynanın Avropa İttifaqına daxil olması və 2027-ci ilə qədər Kiyevə 50 milyard avro ayrılması məsələsinin müzakirəsi daxildir. 

HİT.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Aİ liderlərinə məktubunda deyilir.

"Biz Ukraynaya daimi, davamlı siyasi, maliyyə və hərbi yardım göstərməliyik, xüsusən də onun uzunmüddətli sabitliyi üçün 50 milyard avro ayırmağa razı olmalıyıq", deyə sənəddə qeyd edilir.

Şarl Mişel Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu mövzunun müzakirəsi lazımi siqnal verəcək və Kiyevi Avropa İttifaqına yaxınlaşdıracaq.

Samir

0