Ukrayna hər ay 20 min nəfəri səfərbər etməli olacaq

DÜNYA
19:41 / 13.12.2023
392

Kiyev 2024-cü il ərzində ordu itkisini ödəmək və rotasiyaları həyata keçirmək üçün ayda 20 min nəfəri səfərbər etməli olacaq. 

HİT.az xəbər verir ki, bu barədə “New York Times” Ukrayna batalyonunun keçmiş komandiri Yevgeni Dikiyə istinadən məlumat yayıb.

“Kiyev səfərbərliklərin və ya itkilərin sayı ilə bağlı hədəfləri açıqlamayıb, lakin keçmiş batalyon komandiri Yevgeni Diki hesab edir ki, Ukrayna ordusunu dəstəkləmək üçün gələn il ərzində ayda 20 min əsgər səfərbər etməli olacaq”, deyə nəşr yazır.

Qeyd edək ki, Rusiya mənbələri Ukrayna Silahlı Qüvvələrinin itkilərinin on minlərlə olduğunu bildirir. Ukryana özü indiyədək rəsmi şəkildə itkilərin sayını açıqlaçayıb

Samir

0