İsrail XİN: "Beynəlxalq dəstəkdən asılı olmayaraq HƏMAS ilə müharibə davam edəcək"

DÜNYA
18:26 / 13.12.2023
403

İsrail beynəlxalq dəstəkdən asılı olmayaraq Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı müharibəsini davam etdirəcək. 

HİT.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen Avstraliyanın xarici işlər naziri Tim Uottsla görüşündə bildirib.

"İsrail HƏMAS-a qarşı müharibəsini beynəlxalq dəstək olsa da, olmasa da, davam etdirəcək. Bu mərhələdəki atəşkəs terror təşkilatı HƏMAS-a hədiyyədir və onun geri qayıtmasına və İsrail xalqını təhdid etməsinə imkan verəcək”, deyə Eli Koen bildirib.

BMT Baş Assambleyası dekabrın 12-də Misir və Mavritaniyanın Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnaməsinə səs verib. Dekabrın 13-də HƏMAS qətnamənin BMT Baş Assambleyası tərəfindən qəbul edilməsini müsbət qiymətləndirib.

Samir

0