Niderlandın baş naziri Mark Rütte bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Brüsseldə keçiriləcək sammitində Ukraynanın maliyyələşdirilməsi və siyasi birliyə üzvlüklə bağlı konsensusa nail olmaq üçün lazım olan hər şeyi edəcək.
HİT.az xəbər verir ki, bununla belə, Rüttenin fikrincə, Kiyevin Aİ-yə daxil olması üçün "uzun illər" lazım olacaq.
"Lakin biz dialoqu davam etdiririk və nə qədər irəli gedə biləcəyimizi görürük. Növbəti addımdan danışırıq və Ukrayna bu addımın atılmasını təmin etmək üçün çox çalışıb", deyə Niderlandın baş naziri bildirib.
O qeyd edib ki, Aİ ölkələrinin liderləri Ukraynaya 50 milyard avro məbləğində maliyyənin ayrılmasına nail olmaq üçün mümkün olan hər şeyi edəcək.
"Bu məsələlər kritik əhəmiyyət kəsb edir. İndiyə qədər biz həmişə baş nazir Viktor Orbanla yekdilliklə qərarlar qəbul edə bilmişik", deyə Rütte bildirib.
Samir