Böyük Britaniya Fələstin ərazilərinin sakinlərinə qarşı zorakılıq aktları ilə əlaqəli ekstremist mühacirlərin ölkəyə girişi qadağan edir.
HİT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron danışıb.
"Biz fələstinlilərə qarşı zorakılığa görə məsuliyyət daşıyanların Böyük Britaniyaya daxil olmasını qadağan edirik ki, ölkəmiz bu hədə-qorxu aktlarını törədən insanların evi ola bilməz", deyə nazir bildirib.
Onun sözlərinə görə, köçkünlərin təcavüzkar hərəkətləri həm fələstinlilər, həm də israillilər üçün təhlükəsizlik və sabitliyə təhlükə yaradır.
Kemeron həmçinin İsraildən zorakılığı dayandırmaq və günahkarları cəzalandırmaq üçün daha sərt addımlar atmağı bildirib.
Samir