Moldova dövlət Avropa İttifaqına daxil olana qədər Dnestryanı münaqişəsini sülh yolu ilə həll etmək istəyir.
HİT.az xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu deyib.
"Biz Aİ-yə qoşulmazdan əvvəl ölkəni dinc yolla yenidən inteqrasiya edə bilmək istəyirik", deyə Maya Sandu bildirib.
Prezidentin sözlərinə görə, Moldova hakimiyyəti ilk növbədə regionda sülhü qorumağa və sabitliyin pozulmasının qarşısını almağa çalışır.
Bundan əvvəl Moldovanın baş nazirinin müavini Oleq Serebrian Dnestryanı bölgəsinin Moldovaya reinteqrasiya prosesində danışıqların böyük rol oynamasını dayandırdığını bildirib.
Dnestryanı münaqişənin həlli Tiraspol, Kişinyov, Rusiya, Ukrayna, ATƏT, ABŞ və Avropa İttifaqının iştirakı ilə “5+2” formatında baş tutub. Ukraynada müharibə başlayandan sonra danışıqlar dayandırılıb.
Eyni zamanda, Dnestryanı bölgədə hələ də Rusiya hərbçilərinin bir qrupu var. Əsgərlər Sovet qoşunlarının Avropa ölkələrindən çıxarılmasından sonra çıxarılan 20 min tondan çox sursat olan anbarları qoruyurlar.
Samir