Rişi Sunak: "Fələstin dövlətinin yaradılması mümkünsüz deyil"

DÜNYA
20:44 / 14.12.2023
591

Böyük Britaniyanın baş naziri Rişi Sunak Fələstin-İsrail münaqişəsi çərçivəsində iki dövlətli həllinin lehinə danışaraq, Londondakı səfir Tzipi Hotovelinin münaqişənin adekvat həllinin mümkünsüzlüyü ilə bağlı bəyanatı ilə açıq şəkildə razılaşmayıb. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın baş naziri "Sky News" telekanalında danışıb.

"Münaqişənin iki dövlətli həlli düzgün nəticədir", deyə Britaniya hökumətinin rəhbəri bildiib.

Hotovelinin şərhləri ilə bağlı suala cavab olaraq Sunak bildirib ki, London bu mövqe ilə razı deyil.

Qeyd edək ki, İsrailin Britaniyadakı səfiri Tzipi Hotoveli Fələstin dövlətinin yaradılması ideyasını rədd edərək, Oslo razılaşmalarının uğursuzluğunun səbəbinin fələstinlilərin heç vaxt İsrailin yanında deyil, "çaydan dənizə qədər" bir dövlət istəməsi olduğunu vurğulamışdı.

1990-cı illərdə israillilər və fələstinlilər Oslo 1 və Oslo 2 kimi tanınan bir neçə müqavilə bağlayıb. Sənədlərə uyğun olaraq Fələstin Milli Administrasiyası yaradılıb.

Samir

0