Putin Makronla münasibətlərindən danışdı

DÜNYA
16:32 / 14.12.2023
547

Paris buna maraq göstərərsə, Rusiya Fransa ilə ən yüksək səviyyədə təmasları bərpa etməyə hazırdır. 

HİT.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına dair mətbuat konfransında Fransanın TF1 telekanalının müvafiq sualını cavablandırarkən deyib.

"Biz Fransa ilə qarşılıqlı əlaqəni davam etdirməyə hazırıq, lakin bir anda Fransa prezidenti Emmanuel Makron bizimlə əlaqələri dayandırdı. Biz dayanmadıq, mən dayanmadım, o dayandı. Əgər maraq varsa, hazırıq. Maraq yoxdursa, biz heç nə edə bilmərik", deyə Rusiya lideri bildirib.

O xatırladıb ki, Makronla həmişə yaxşı iş münasibəti olub və ölkə liderləri Fransa prezidenti təmasları dayandırana qədər beynəlxalq gündəmi müzakirə etmək üçün bir-birlərinə səfərlər ediblər.

Samir

0