Maya Sandu: "Rusiya bizi hədələyir, dost ola bilmərik"

DÜNYA
19:52 / 14.12.2023
565

Moldova prezidenti Maya Sandu bildirib ki, Rusiya bu ölkəyə və vətəndaşlarına münasibətini dəyişməyincə onunla dostluq münasibətlərindən danışa bilməz. 

HİT.az xəbər verir ki, Sandu müvafiq bəyanatla "Vocea Basarabiei" telekanalında çıxış edib.

Moldova prezidenti vurğulayıb ki, Kişinyov onun maraqlarına hörmət edən bütün ölkələrlə dostluq münasibətləri saxlayır. Eyni zamanda o qeyd edib ki, Rusiya Moldovanı şantaj edir və hər iki gündən bir hədələyir.

"Xatırlatmaq istərdim ki, Rusiya bizi şantaj edir, iki gündən bir hədələyir, bizim istəyimizə zidd olaraq öz qoşunlarını ölkəmizin ərazisində saxlayır. Bu vəziyyətdə, təbii ki, dostluq münasibətlərindən danışa bilmərik. Rusiya Moldova və onun vətəndaşlarına münasibətini dəyişdikdə, bu münasibətləri bərpa etmək bizim üçün daha asan olacaq", deyə Sandu bildirib.

Samir

0