Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Bratislava və NATO-nun Ukraynaya hərbi dəstək barədə fikirləri üst-üstə düşmür, lakin bu, Şimali Atlantika Alyansı ilə dialoqa təsir etməməlidir.
HİT.az xəbər verir ki, bu barədə teraz.sk nəşri yazır.
"Slovakiya və NATO-nun Ukraynaya hərbi yardımla bağlı fikirləri üst-üstə düşmür, çünki Slovakiya hökuməti bunun Ukraynadakı vəziyyəti həll etməyə kömək edəcəyinə inanmır", deyə Robert Fiko bildirib.
Robert Fiko hökuməti Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanın hərbi həlli olmadığını təkid edir. Bundan əlavə, baş nazir gərginliyin azaldılması istiqamətində Avropa İttifaqından (Aİ) və ya NATO-dan sülh yolu ilə nizamlanmaya dair heç bir təşəbbüsün olmadığını diqqətə çatdırıb.
Robert Fiko həmçinin ümid etdiyini bildirib ki, Slovakiya ilə NATO arasında bu məsələ ilə bağlı fikir ayrılıqları tərəflər arasında konstruktiv dialoqa təsir göstərməyəcək.
Samir