ABŞ Finlandiyadakı 15 hərbi bazaya giriş əldə edəcək

DÜNYA
18:50 / 14.12.2023
573

ABŞ ordusunun Finlandiyadakı 15 bazaya çıxışı olacaq. 

HİT.az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" məlumat yayıb.

Nəşrin məlumatına görə, Amerika ordusu üçün bazaların açılması Vaşinqton və Helsinki arasında DCA (Müdafiə üzrə Əməkdaşlıq Sazişi) şərtləri ilə nəzərdə tutulub.

Finlandiyanın xarici işlər naziri Elina Valtonen böhran vəziyyətində iki ölkə arasında müdafiə sazişinin həyati əhəmiyyət daşıya biləcəyini qeyd edib.

Noyabr ayında Avropa İttifaqının xarici sərhəd təhlükəsizliyi agentliyi "Frontex" Rusiya ilə sərhəd nəzarətini gücləndirmək üçün Finlandiyaya işçilər göndərib. Bundan əvvəl Finlandiyanın dekabrın 14-dən Rusiya ilə sərhəddə Vaalimaa və Niirala keçid məntəqələrini açacağı bildirilirdi. NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın Rusiya Federasiyası ilə sərhədlərinin möhkəmləndirilməsi istiqamətində gördüyü tədbirləri alqışlayıb.

Samir

0