"MDB-dən çıxmaq asandır, geri qayıtmaq isə daha çətindir".
HİT.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 19-cu iclasının iştirakçıları ilə görüşündə deyib.
“Evimizdə dava-dalaşa yol verə bilmərik, gəlin bu hadisələrdən (dünyada artan gərginlikdən-red.) sağ çıxaq. Biz dünyada çoxqütblülüyün qorunub saxlanmasına töhfə verən dövləti (SSRİ-red.) itirmişik. Biz bu gün də əvvəlki kimi güclü deyilik. Mübarizə aparmaq istəmirik", deyə Belarus lideri bildirib.
Lukaşenko xatırladıb ki, o, dəfələrlə Ukraynanın müxtəlif prezidentlərini MDB ilə münasibətləri kəsməməyə çağırıb:
"Dedim hara tələsirsən, MDB-dən niyə qaşırsan. Çıxma, sonra geri dönmək çətin olar, tələsmə dedim".
Samir