Üç Avropa ölkəsi sənaye ittifaqı yaradır: Yeni tanklar istehsal ediləcək

12:17 / 15.12.2023
585

İtaliyanın "Leonardo" şirkəti və Franko-Alman konsorsiumu KNDS Avropada yeni nəsil tankların hazırlanması və istehsalı üçün sənaye ittifaqı yaradacaq. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Defence News" nəşri məlumat yayıb.

"Yeni ittifaq əsas yerüstü döyüş sistemi kimi tanınan, çoxdan elan edilmiş və çox gecikdirilmiş Avropa döyüş tankı proqramında İtaliyanın iştirakını təşviq etməyə, habelə İtaliyanın sifariş etdiyi yeni "Leopard" tankları üzərində işlərin əlaqələndirilməsinə diqqət yetirəcək", deyə nəşr yazıb.

Eyni zamanda, ittifaqın yaradılması məqsədi "həqiqətən Avropa müdafiə qrupu yaratmaq və əlavə olaraq yerüstü elektronika sahəsində daha sıx əməkdaşlıq etmək" istəyi kimi formalaşdırılır.

Müqavilə çərçivəsində İtaliya, ölkə hökumətinin tükənmiş zireh ehtiyatlarını artırmaq üçün aldığı yeni alman "Leopard 2 A8" tanklarının istehsalına nəzarət edəcək. Respublika "Leopard" almaq niyyətindədir.

Samir

0