Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Budapeşt üzv ölkələrin Avropa İttifaqı ilə danışıqlara başlamaq qərarına mane olmayıb, çünki prosesi daha 75 dəfə dayandırmaq imkanı olacaq, yekun qərarı 27 ölkənin parlamentləri verəcək.
HİT.az xəbər verir ki, bu barədə "Kossuth" radiosu məlumat yayıb.
"Həlledici arqument ondan ibarət idi ki, Ukraynanın üzvlüyü ilə bağlı yekun sözü Macarıstan parlamenti də daxil olmaqla 27 parlament deməlidir. Ona görə də Ukraynanın Aİ-yə üzv olmasını istəmiriksə, Macarıstan heç nə itirmir, lazım olanda Macarıstan parlamenti bunun əleyhinə səs verəcək", deyə Orban bildirib.
Onun sözlərinə görə, məsələ parlamentlərə çatana qədər uzun proses olacaq: "Macar hökumətinin bu prosesi dayandıra biləcəyi təxminən 75 hadisə olacaq".
Macarıstanın baş naziri bildirib ki, 8 saat ərzində həmkarlarını Ukrayna ilə Aİ-yə daxil olmaq üçün danışıqlara başlamaq qərarının "vaxtsız" olacağına inandırmağa çalışıb, lakin o, uğursuz alınıb.
"Onlar dedilər ki, danışıqlar zamanı nə isə Macarıstanın maraqlarını pozarsa, biz bunu dayandıracağıq, lakin istənilən halda prosesi başlamaq istəyirlər və məndən onlara qarışmamağı xahiş etdilər. Səhv qərarla Macarıstanın vicdanını yükləmək istəmədim və zalı tərk etdim", deyə Orban əlavə edib.
Samir