ABŞ Silahlı Qüvvələrinin PKK silahlıları ilə birgə təlimləri keçirdikdən sonra Vaşinqton Ankaranı müttəfiq kimi itirib.
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzetində dərc olunan məqalədə deyilir.
“ABŞ Türkiyəni itirdi. İctimai rəy üçün ABŞ çoxdan bizim əsas düşmənimizə çevrilib”, deyə nəşr yazır.
Qeyd edilir ki, ölkə əhalisi Vaşinqtonun planlarına Türkiyəyə yardım yox, onun bölünməsinin daxil olduğunu düşünür. Məqalə müəllifləri qeyd edirlər ki, əgər əvvəllər NATO Türkiyə üçün zəmanət idisə, bu gün Türkiyə NATO-nun qarantiyasına çevrilib.
Məqalədə Türkiyə Milli Müdafiə Nazirliyinin PKK-nın Suriya qolu ilə ABŞ-ın birgə təlimlərinə mənfi reaksiya verdiyi bildirilir. Eyni zamanda, nəşr əmindir ki, Ankara Vaşinqtonun regiondakı hərəkətləri barədə kifayət qədər məlumatlıdır.
“Türkiyə amerikalı əsgərlərin rütbələrini, adlarını və hətta sursatlarının vəziyyətini bilir”, deyə “Milliyet” yekunlaşdırıb.
Samir