ABŞ Qəzzanı uzun müddət işğal altında saxlamağın İsrail üçün faydalı olduğuna inanmır.
HİT.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Sullivan İsrailə səfəri zamanı mətbuat konfransı keçirib. "Biz hesab edirik ki, İsrailin Qəzzanı uzun müddət işğal etməsi məntiqli deyil", deyə o, bildirib.
ABŞ prezidentinin müşaviri qeyd edib ki, İsrail hakimiyyətinin Qəzzanın işğalı ilə bağlı uzunmüddətli planı yoxdur, onlar Qəzzaya nəzarəti fələstinlilərə vermək niyyətindədirlər.
Qeyd edək ki, dekabrın ortalarından ABŞ İsraili Qəzza zolağında döyüşlərin intensivliyini azaltmağa və daha məqsədyönlü əməliyyatlara keçməyə inandırmağa çalışır. Co Bayden İsraili Qəzza zolağında apardığı mübarizədə “daha diqqətli” olmağa çağırıb.
Samir