Ukraynada hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının başlanması müqabilində Rusiyaya ərazi güzəştlərinə getməyə hazır olanların sayı getdikcə artır.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" sosioloji sorğunun nəticələrinə istinadən yazır.
"Yeni sorğu göstərir ki, sülh müqabilində Rusiyaya ərazi güzəştlərinə getmək istəyən ukraynalıların payı son 7 ayda demək olar iki dəfə artıb”, deyə nəşr yazır.
Sorğu Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KIIS) tərəfindən aparılıb. Sorğuda iştirak edənlərin təxminən 19%-i torpaqların Rusiyaya verilməsini dəstəkləyir, keçən ay bu göstərici 14%, mayda isə 10% olub.
KIIS-in bu həftə dərc etdiyi başqa sorğuda respondentlərin 87%-i müttəfiqlərin silah, maliyyə və sanksiyalar şəklində kifayət qədər dəstək göstərəcəyi təqdirdə Ukraynanın Rusiyaya əhəmiyyətli zərbələr vura biləcəyinə inandığını bildirib.
Samir