Co Bayden seçkilərdə iştirakdan imtina edə bilər

DÜNYA
17:05 / 15.12.2023
591

ABŞ prezidenti Co Bayden özünə qarşı artan tənqidlərə görə qarşıdan gələn prezident seçkilərində iştirakdan imtina edə bilər. 

HİT.az "Politico"ya istinadən xəbər verir ki, bunu Amerika liderliyinə müstəqil namizəd Kornel Uest deyib.

O, qeyd edib ki, Ağ Evin hazırkı rəhbərinin təzyiqlərə və işinə mənfi rəylərə tab gətirə biləcəyinə əmin deyil. Uest bildirib ki, Bayden hazırda iqtisadiyyatdan tutmuş İsrail-Fələstin münaqişəsinə qədər demək olar hər sahədə verdiyi qərarlara görə tənqid olunur.

"Müstəqil prezidentliyə namizəd 1968-ci ildə xalqı şoka salan prezident Lindon Consonun etdiyi kimi, hazırkı prezidentin yenidən seçilmək iddiasını qəfil dayandıra biləcəyini dedi", deyə "Politco" yazıb.

Siyasətçi əlavə edib ki, hazırda dövlət başçısının enerjisi tükənib. Eyni zamanda o, Ağ Evin keçmiş rəhbəri Donald Trampı ölkədə ikinci vətəndaş müharibəsi başlatmağa cəhddə ittiham edərək tənqid edib.

Uest vurğulayıb ki, keçmiş Amerika lideri “pied piper” və “qanqster”dir. Eyni zamanda, o, Baydeni III Dünya müharibəsinə başlama riski olan “süd neoliberal” adlandırıb.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Samir

0