Litva: \"Macarıstan Kiyevə vəsait ayrılması ilə bağlı mövqeyini dəyişə bilər\"

22:34 / 15.12.2023
354

Macarıstan Ukraynaya 50 milyard avro məbləğində büdcə yardımının ayrılması məsələsində mövqeyini dəyişə bilər.

HİT.az xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda deyib.

“Qərarı (Kiyevə vəsaitin ayrılması ilə bağlı-red.) hələ bir az mayalandırmaq lazımdır... Bu gün biz 26 ölkənin konsensusunu təklif edirik, sabah 27 ola bilər, bir neçə həftədən sonra Macarıstanın fikrini dəyişə biləcək hadisələrin baş verməsi mümkündür", deyə Litva prezidenti bildirib.

Eyni zamanda, Nauseda Macarıstanın mövqeyinin niyə dəyişə biləcəyini açıqlamayıb.

Bundan əvvəl Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramına dair qərara Macarıstanın baş naziri Viktor Orban tərəfindən veto qoyulduğu bildirilirdi.

Aİ-nin Brüsseldə keçirilən sammitinin əsas mövzularından biri Ukraynaya 2027-ci ilin sonuna qədər 50 milyard avro dəyərində yardım proqramı olub. Avropa Komissiyası Kiyevə 33 milyard avro kredit və qrant şəklində 17 milyard avro ayırmağı vəd edir. Bu proqram Kiyevin büdcəsini doldurmaq və dövlət qulluqçularının və hərbçilərin maaşları, təqaüdlərin ödənilməsi və Ukrayna Silahlı Qüvvələri əsgərlərinin ailələrinə kompensasiyalar kimi cari xərcləri ödəmək üçün nəzərdə tutulub. Proqram təsdiq olunarsa, Kiyev ayda təxminən 1,03 milyard avro alacaq ki, bu da Aİ-nin 2023-cü ildə büdcə ehtiyacları üçün aylıq ayırdığı 1,5 milyard avrodan bir yarım dəfə azdır.

Samir

0