"Netanyahunun taktikası daha 50 il Fələstin-İsrail münaqişəsini qızışdıracaq"

DÜNYA
15:00 / 18.12.2023
555

Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles hesab edir ki, İsrailin baş naziri Benyamin Netanyahunun taktikası daha 50 il Fələstin-İsrail münaqişəsini qızışdıracaq. 

HİT.az xəbər verir ki, o, bu fikri Britaniyanın “The Telegraph” qəzeti üçün yazdığı məqalədə bildirib.

Uolles qeyd edib ki, Netanyahunun səhvi Fələstinin HƏMAS silahlı qruplaşmasının İsrailə hücumunu qaçırması olub.

Onun fikrincə, İsrail baş nazirinin metodları HƏMAS-la problemi həll etməyəcək.

O, Netanyahunun strategiyasının İsraili zəiflətdiyi fikrini ifadə edərək, "Üstəlik, onun taktikasının daha 50 il münaqişəni alovlandıracağına inanıram", deyib.

Dekabrın 17-də Netanyahu bildirib ki, İsrail və Fələstin Milli Administrasiyası (PNA) arasında Fələstinin özünüidarəsini qurmaq üçün Oslo razılaşması "ölümcül səhv"dir.

Samir

0