İsrail "Hizbullaha" qarşı quru əməliyyatı keçirməyi planlaşdırır

DÜNYA
14:10 / 18.12.2023
493

İsrail Livanın cənubunda yaraqlı şiə təşkilatı "Hizbullah"a qarşı quru əməliyyatı keçirməyi planlaşdırır. 

HİT.Az xəbərverir ki, bu barədə Böyük Britaniyanın “The Times” qəzeti yazır.

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri (IDF) bununla da "Hizbullah" əsgərlərini Livan-İsrail sərhədindən təxminən 20 kilometr aralıda yerləşən Litana çayına sıxışdırmağa çalışır. İsrail rəhbərliyi oktyabrın 7-də Fələstinin HƏMAS radikal qruplaşmasının üzvləri kimi yaraqlıların İsrailin şimalına hücum edə biləcəyindən narahatdır.

Bir gün əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Xomin əl-Taxta kəndində, İsraillə sərhəddən 40 km aralıda yerləşən “Hizbullah” şiə milislərinin bazasına zərbələr endirib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti ölkə ordusunun Livandakı bir neçə "Hizbullah" hədəfini vurduğunu bildirmişdi. Bəyanatda qeyd edilirdi ki, İDF təyyarələrinin iştirakı ilə əməliyyat keçirmək qərarı qonşu dövlətin ərazisindən raket buraxılışları ilə bağlı qəbul edilib.

Samir

0