Prezidentliyə namizəd: "Tramp hər gün daha da pisləşir"

DÜNYA
19:48 / 18.12.2023
329

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi Donald Trampı Vladimir Putindən sitat gətirdiyinə görə tənqid edib. 

HİT.az bu barədə CNN-ə istinadən xəbər verir.

"Mənim reaksiyam odur ki, Tramp hər gün daha da pisləşir və seçicilər onun dediklərinə diqqət yetirməyə başlasalar, yaxşı olar", deyə Kristi CNN telekanalında bildirib.

Onun sözlərinə görə, Donald Tramp prezidentliyinin lap əvvəlindən Vladimir Putini bəyənib. Bu, onlar arasında müntəzəm mübahisə mövzusuna çevrilib.

Kristi qeyd edib ki, Tramp Rusiya prezidentinin təqib edildiyini və günahsız olduğunu deyir.

Qeyd edək ki, sentyabrda Rusiya prezidenti Şərq İqtisadi Forumunun plenar iclasında ABŞ-da Trampa qarşı məhkəmələrdən danışıb: "Məncə, bu, yaxşıdır, çünki bu, başqalarına demokratiya öyrətmək iddiasında olan Amerika siyasi sisteminin çürüklüyünü göstərir".

Samir

0