Korrupsiyada ittiham olunan keçmiş vitse-prezident bu ölkədən sığınacaq istədi

14:34 / 18.12.2023
363

2012-2016-cı illərdə rüşvət almaqda ittiham olunan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas Espinel siyasi sığınacaq üçün Meksika hakimiyyətinə müraciət edib. 

HİT.az xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyi məlumat yayıb.

“2023-cü il dekabrın 17-də Xorxe Qlas Espinel Meksikanın Quitodakı səfirliyinin mənzil-qərargahına gələrək, giriş və qorunma tələb edərək, təhlükəsizliyi və şəxsi azadlığı ilə bağlı qorxularını ifadə edib", deyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Xorxe Qlas siyasi sığınacaq üçün müraciəti rəsmiləşdirərsə, Meksika hökuməti Meksika və Ekvadorun tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onu diqqətlə təhlil edəcək və müvafiq tədbirlər görmək üçün lazımi məlumatları toplayacaq.

2020-ci ildə bildirildi ki, Ekvadorun keçmiş prezidenti Rafael Korrea, vitse-prezidenti Xorxe Qlas və 2012-2016-cı illər arasında rüşvətxorluq işində təqsirləndirilən digər 19 nəfər məhkəmə qarşısına çıxarılmalıdır. Müstəntiqlər adları çəkilən şəxslərin cinayətlərini göstərən 837 sübut tapa biliblər. Prokurorların fikrincə, kompleks korrupsiya sxeminə Ekvador prezidenti, vitse-prezidenti və hökumət nazirləri cəlb olunub. 2012-2016-cı illərdə korrupsiya işi üzrə dövlətə dəymiş ziyanın məbləği 7 milyon dolları ötüb. Eks-prezidentin özü ölkənin baş prokurorunun onun barəsində həbs qətimkan tədbiri seçməsini siyasi şou adlandırıb.

Samir

0