İrakli Qaribaşvili: "Onlar bizi birbaşa müharibəyə çəkmək istəyirdi"

DÜNYA
17:02 / 18.12.2023
603

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, hakimiyyət düşmən daxili qüvvələrin ölkədə sabitliyi pozmaq və Tiflisi silahlı münaqişəyə sürükləmək cəhdlərini dayandırıb. 

HİT.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Onun sözlərinə görə, Gürcüstanın müharibələrə cəlb olunma riskləri olduqca realdır və bu, onıar tərəfindən "icad olunmayıb".

“Ölkədə sabitliyin pozulması təhlükəsi var idi. Ölkədə fəaliyyət göstərən radikal qruplaşmalar və düşmən qüvvələr, mən bunu deməkdən çəkinmirəm, ölkənin bu hərbi əməliyyatlarda iştirakında birbaşa maraqlı idilər", deyə Qaribaşvili bildirib.

O, konkret misallar çəkməsə də, nədən danışdığını artıq hamının başa düşdüyünü qeyd edib. Gürcüstanın baş naziri qeyd edib ki, Tiflis yalnız öz maraqlarından çıxış edir və bu səbəbdən də ölkə müharibədən yayına bilib.

“Təbii ki, mən bu risklərin tamamilə zərərsizləşdirildiyini demək fikrindən uzağam. Təbii ki, bu risklər aradan qalxmadı. Biz riskləri maksimum ehtiyatla və məntiqlə qiymətləndirir, təhlükələri müəyyənləşdirir, müvafiq profilaktika aparırıq və ölkəmizin əhalisini, xalqımızı, ölkəmizi qoruyuruq”, deyə Qaribaşvili bildirib.

Samir

0