Rusiya NATO ölkələrinə hücum edəcək? - Lavrovdan açıqlama

DÜNYA
19:07 / 18.12.2023
328

Rusiya Federasiyası NATO ölkələrinə hücum etmək niyyətində deyil. 

HİT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, Birinci Kanalda yayımlanan “Böyük oyun” verilişinə müsahibəsində bu barədə danışıb.

Bununla bağlı nazir qeyd edib ki, Rusiya Federasiyasını düşmən edən Qərbdir.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin rus qoşunlarının NATO-ya hücum edə biləcəyi ilə bağlı iddialarını “tamamilə cəfəngiyyat” adlandırıb.

Daha əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, NATO Kiyev hakimiyyətinin əli ilə Ukraynada Rusiya Federasiyası ilə “hibrid, lakin tamamilə tam hüquqlu və qanlı müharibə” aparır.

Bundan əvvəl Medvedev Rusiya və Şimali Atlantika Alyansının müharibə astanasında, daha doğrusu, uçurumun kənarında olduğunu bildirmişdi.

Samir

0