İsrailin ABŞ-dan aldığı dəstəklə 73 gündür Qəzzada soyqırım törətdiyi bir vaxtda yeni müharibənin başlayacağı açıqlanıb. 73 gündür HƏMAS-ı bəhanə edərək Qəzzanı bombalayan İsrailin gözünü Livana dikdiyini bildirən "The Guardian" nəşri "Yeni bir müharibə qaçılmazdır" deyib.
Publika.az xəbər verir ki, İsrailli çavuş mayor İtay Reuveninin sözlərini gündəmə gətirən “The Guardian” onun “Cənubda bizə etdiklərini heç kimin şimalda bizə etməməsini təmin etmək üçün buradayıq” açıqlamasına diqqət çəkib.
Xəbərdə Hizbullahın HƏMAS-dan daha böyük təhlükə olaraq qəbul edildiyi ifadə edilərək, İranın da mümkün müharibəda olacağına işarə edilib. İsrailin müdafiə naziri Yoav Qallantın da bu fikrə sahib olduğu xatırladılarkən, İranın da iştirak edə biləcəyi bir müharibənin ABŞ-də təşviş doğurduğu bildirilib. Netanyahunun ABŞ-ın tələbi ilə bu təklifdən uzaq qaldığı iddia edilsə də, İsrail rəsmilərinin müharibəni qaçılmaz gördüyü iddia edilib.
İsrailin xarici siyasət üzrə keçmiş milli təhlükəsizlik müşaviri, hazırda Tel-Əvivdə Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda çalışan Orna Mizrahi deyib:
"İsrail və Hizbullah arasında münaqişə var və tendensiya xətti eskalasiyaya doğrudur. Ən çox narahatedici məqam da elə budur. Heç kim tammiqyaslı müharibə istəmir".
Yaxın Şərq İnstitutunun baş elmi işçisi və münaqişələrin həlli üzrə direktoru Randa Slim isə sərhəddə qisasa qisas modeli ilə qarşıdurmaların olduğunu bildirib.
O, "Hazırda hərtərəfli müharibəyə getmək qərarı tamamilə İsrailin qərarıdır, Hizbullah və İran gərginlik istəmir" ifadələrini işlədib.
Bundan əvvəl müdafiə naziri Qallant və keçmiş baş nazir Benni Qantsın “dünya Hizbullahı geri çəkilməyə məcbur etməsə, İsrail bunu edəcək” sözləri xatırladılıb.