Ukraynada qadınlar da orduya çağırılır: Səbəb əsgər çatışmazlığıdır? - ŞƏRH 

DÜNYA
11:38 / 19.12.2023
908

Ukraynada qadınların da orduya çağırılması gündəmdədir.

Belə ki, Ukrayna Ali Radası səfərbərliklə bağlı yeni qanun layihəsi hazırlayıb. Yeni qanuna əsasən qadınlar üçün də hərbi mükəlləfiyyət müəyyənləşə bilər. 

Sözügedən addım isə xeyli diqqət çəkib. Xüsusilə Ukraynaya dəstəyin azalması fonunda qadınların orduya çağırılmasının təklif olunması birmənalı qarşılanmayıb. Hətta bəzi ekspertlər bunu Ukraynada əsgər çatışmazlığı ilə əlaqələndiriblər. 

340188

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, dünyada qadınların orduya cəlb olunması təcrübəsi mövcuddur:

"Hətta dünyanın ən aparıcı ölkələrində belə qadınlar orduya cəlb olunur. Bu, əsasən könüllülük əsasında həyata keçirilir. Uzun müddətdir müharibə aparan və çox sayda itki verən ölkə üçün də bunu normal yanaşma kimi qiymətləndirmək olar. Çünki orduda çatışmazlıq təkcə ön cəbhədə duran əsgər deyil. Bir çox dövlət qadınlardan snayper və ya arxa cəbhə əsgəri kimi istifadə edir. 

Bu baxımdan, Ukraynanın addımını qeyri-adi hesab etmirəm. Hətta bir müddət öncə Rusiyada da qadınların orduya cəlb olunması ilə bağlı müxtəlif fikirlər səslənmişdi. Çatışmazlığa gəldikdə isə bu gün Ukraynanın əsgərdən daha çox hərbi texnikaya və silah-sursata ehtiyacı var".

Pərviz

0