Böyük Britaniyanın xarici işlər naziri David Kameron bildirib ki, London və Paris lazım olduğu müddətcə Ukraynanın sadiq tərəfdaşları olaraq qalacaqlar.
HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, fransalı həmkarı Ketrin Kolonna ilə görüşdən sonra bildirib.
"Böyük Britaniya və Fransa Ukraynanın sadiq tərəfdaşları olublar və biz lazım olduğu müddətdə onları dəstəkləməyə davam edəcəyik", deyə David Kemeron bildirib.
O, həmçinin Qərbin Rusiya prezidenti Vladimir Putinin uduzacağına zəmanət verə biləcəyinə əminliyini ifadə edib. Kamerona görə, Putinin həqiqətən uduzması vacibdir.
David Kemeron həmçinin Qərbi Ukraynanın hərbi hücumunun sürətinə səbirli olmağa çağırıb.
Bundan əvvəl David Kemeron bildirmişdi ki, Qərb dövlətləri Ukraynaya yardımı dayandırmaq niyyətində və diqqətlərini başqa şeyə yönəltmək niyyətində deyillər. O, həmçinin qeyd edib ki, Rusiya Qərbin Kiyevi dəstəkləməkdən imtina etməsini gözləyir.
O əlavə edib ki, Ukrayna tərəfi əks-hücumunun bir hissəsi kimi müəyyən nəticələr əldə edə bilib. David Kemeron vurğulayıb ki, London da Kiyevin öz məhsullarının tədarükü üçün dəniz ticarət yolları açdığını görüb.
Samir