Maya Sandu 2024-cü ildə keçmiş prezidentə uduza bilər

23:00 / 19.12.2023
473

Moldovanın hazırkı prezidenti Maya Sandu ölkədə 2024-cü ildə keçiriləcək prezident seçkilərində müxalifətdə olan Sosialistlər Partiyasının namizədi, keçmiş dövlət başçısı İqor Dodona uduza bilər. 

HİT.az xəbər verir ki, bunu Moldovanın “Public Media” media şirkətinin sifarişi ilə Marketinq və Sosioloji Sorğular İnstitutunun keçirdiyi sorğunun məlumatları göstərir.

Sorğunun nəticələrinə görə, moldovalıların 30%-ə qədəri növbəti seçkilərdə Maya Sanduya səs verməyə hazırdır. Respondentlərin daha 24%-i ölkənin eks-prezidenti İqor Dodonu dəstəkləyəcək. İlk üçlüyü 8% səslə Kişinyov şəhərinin meri İvan Ceban qapayır.

Araşdırmada qeyd edilir ki, prezident seçkilərinin ikinci turu keçiriləcəyi təqdirdə seçicilərin 46 faizi İqor Dodona, 35 faizi isə Maya Sanduya səs verəcək.

Qeyd edək ki, 2020-ci ildə Qərbyönlü Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu Moldova prezidenti olub. Siyasi qüvvə bir il sonra növbədənkənar seçkilərdən sonra parlamentdə çoxluq qazanmağa, Avropa İttifaqı və ABŞ-la yaxınlaşma siyasətini gücləndirməyə nail olub. 2022-ci ildə Moldova Ukrayna ilə birlikdə Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb.

Samir

0