Sergey Şoyqu: \"Ukrayna sponsorlardan 203 milyard dollar alıb\"

16:25 / 19.12.2023
302

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, Ukrayna əslində müflis ölkədir. Onun sözlərinə görə, Ukrayna Qərb tərəfdaşlarından 203 milyard dollar alıb.

HİT.az xəbər verir ki, bu barədə nazir Müdafiə Nazirliyinin Kollegiyasının genişləndirilmiş iclasında bildirib.

"Ukrayna hazırda xarici sponsorlardan 203 milyard dollar alıb ki, bu da onun ÜDM-dən 30 milyard dollar çoxdur. Əslində, bu, müflis ölkədir, çünki bu vəsaitlərin əhəmiyyətli hissəsi qaytarılmalı olan kreditlərdir", deyə Şoyqu bildirib.

Nazir əlavə edib ki, Rusiyanın hərbi əməliyyata başlamasından sonra 54 ölkə Kiyevə silah tədarük etdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin rəhbəri deyib ki, reallıqda silah və hərbi texnika Ukraynaya cəmi 15 ölkədən gəlir.

Samir

0