Avropa İttifaqı (Aİ) daxili yanma mühərrikli avtomobillərə daha sərt emissiya qaydaları gətirmək qərarından geri addım atıb.
HİT.az xəbər verir ki, Avropa Parlamenti ölkələrin və avtomobil istehsalçılarının təzyiqindən sonra emissiya qaydalarını nisbətən yüngülləşdirilib.
Belə ki, yeni qaydalarının minik avtomobilləri üçün 2026-cı ildən, yük maşınları üçün isə 2027-ci ilə qədər qüvvəyə minməyəcəyi açıqlanıb. Qeyd olunub ki, "Avro 7" daxili yanma mühərrikli avtomobillərdən sağlamlığa zərər vuran çirkləndiricilərin emissiyalarını tənzimləyən hazırkı "Avro 6" standartını əvəz edəcək.
Yeni qaydalara əsasən, "Avro 7" ilə tarixdə ilk dəfə təkər və əyləcləri əhatə edən qaydalar tətbiq olunacaq. Həmçinin, avtomobil istehsalçıları hər kilometrdə buraxdıqları hissəciklərin ölçülməsinə cavabdeh olacaqlar. Bununla yanaşı, elektrik və hibrid avtomobillərin mühərriklərinin ömrünün ən azı 8 il və ya 160 min kilometr olmasına da qərar verilib.
Xatırladaq ki, bir çox Avropa ölkəsi yeni qanuna etiraz etmişdi. Onlar, xərclərin çox olacağını iddia etmişdi. Lakin Avropa Parlamenti sözügedən qərarı təsdiqlədi.
Pərviz