ABŞ: "İsrail özünü sorğu-sualsız müdafiə etmək hüququna malikdir"

DÜNYA
15:04 / 20.12.2023
339

ABŞ-ın vitse-prezidenti Kamala Harris Co Bayden administrasiyasının Yaxın Şərqdəki münaqişəyə yanaşmasını dəstəklədiyini bildirib, lakin İsraili HƏMAS və onun rəhbərliyinə qarşı daha hədəfli hücumlara çağırıb. 

HİT.az MSNBC-ə istinadən xəbər verir ki, o, yəhudi dövlətinin özünü necə müdafiə etməsinin "fərqli olduğunu" deyib.

"Bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, İsrail özünü sorğu-sualsız müdafiə etmək hüququna malikdir. Bunun necə baş verdiyi önəmlidir", deyə Harris bildirib.

O qeyd edib ki, Qəzza zolağında çoxlu sayda günahsız fələstinli İDF-nin radikal qrupa qarşı mübarizə taktikası ucbatından əziyyət çəkir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar münaqişə ilə bağlı mövqeyini açıqlayıb.

"Biz bu məsələ ilə bağlı öz fikrimnizi açıq-aşkar bildirdik ki, İsrailin HƏMAS-ı və onun rəhbərliyini necə təqib etməsində daha dəqiqlik olmalıdır", deyə ABŞ vitse-prezidenti bildirib.

Samir

0