Cozep Borrell: "Avropa təhlükədədir"

DÜNYA
15:30 / 20.12.2023
334

Rusiya Ukraynadakı münaqişədə qalib gələrsə və Qəzza zolağında münaqişə davam edərsə, Avropa İttifaqı geridönməz şəkildə zədələnə bilər.

HİT.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrel X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

"Avropa təhlükədədir. Əgər biz Putinin Ukraynada qalib gəlməsinə imkan versək, Qəzzada indiki faciənin davam etməsinə imkan versək, Avropa layihəsi geri qaytarıla bilməyəcək şəkildə zədələnə bilər", deyə Borrell bildirib.

O, avropalıları belə bir inkişafın qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb.

Samir

0