Tehran BMT-nin İrana qarşı qətnaməsini tənqid etdi

DÜNYA
16:05 / 20.12.2023
375

"BMT Baş Assambleyasının insan haqları ilə bağlı İrana qarşı qəbul etdiyi qətnamə ikili standartların nümunəsidir".

HİT.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

Diplomat qeyd edib ki, müvafiq qətnamə təklifi Qəzza zolağı və İordan çayının qərb sahilində "müharibə cinayətləri və sionist rejimin (İsrail-red.) soyqırımına" göz yuman Qərb ölkələri tərəfindən verilib.

Kənani əlavə edib ki, qətnamə çox siyasiləşib və onun mövcudluğu faktı insan hüquqları anlayışını dəyərdən salır.

Samir

0