HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həməd deyib ki, radikal qruplaşmanın İsraillə danışıqlarda prioriteti hərbi əməliyyatların tam dayandırılmasıdır.
HİT.az “Əl-Cəzirə”ə telekanalına istinadən xəbər verir ki, HƏMAS lideri İsrail tərəfindən təcavüzün dayandırılmasının zəruri olduğunu vurğulayıb.
"Bizim baxışımız çox aydındır: biz təcavüzü dayandırmaq istəyirik... Yerdə baş verənlər böyük fəlakətdir", deyə Qazi Həməd Qəzza zolağında mülki itkilərə toxunaraq deyib.
HƏMAS Siyasi Bürosunun üzvü qeyd edib ki, bəzi insanlar döyüşlərdə qısamüddətli fasilə istəyir, lakin belə bir inkişaf fələstinlilərin maraqlarına uyğun deyil.
“İsrail girov kartını oynayacaq və sonra xalqımıza qarşı yeni raund başlayacaq. Biz bu oyunu oynamayacağıq”, deyə Qazi Hamad bildirib.
O əlavə edib ki, müharibə başa çatdıqdan sonra HƏMAS Qəzza zolağındakı fələstinli məhbus və əsirlər üçün böyük kompromis əldə etmək naminə hamı ilə danışıqlara hazır olacaq.
Samir