İsveç silahlı qüvvələrinin Ukraynanın döyüş meydanındakı imkanları ilə bağlı qiymətləndirmələri Kiyevin faktiki olaraq göstərdiyindən yüksək idi.
HİT.az xəbər verir ki, bu barədə İsveçin “Svenska Dagbladet” qəzetinə müsahibəsində əvvəllər Ukraynanın qələbəsində israrlı olan İsveç Silahlı Qüvvələrinin polkovnik-leytenantı Yoakim Paasikivi bildirib.
"Mən daha yaxşı olacağını düşünürdüm", deyə Paasikivi bildirib.
Polkovnik-leytenant 2022-ci ilin martından "Ukrayna qalib gələcək" deyə israr edir.
Paasikivinin sözlərinə görə, Ukraynada vəziyyətin yaxşılaşmamasının səbəblərindən biri Ukrayna bölmələrinin zəif hazırlığı və hava məkanında qüvvələrin olmamasıdır. Eyni zamanda, polkovnik-leytenantın özü Rusiyanın müdafiə qabiliyyətini lazımınca qiymətləndirmədiyini vurğulayıb.
Paasikivinin fikrincə, Kiyevin imkanları kiçikdir və Qərbin dəstəyi "həyat xətti" olmalıdır.
Samir